Gələn il “Bakutel” sərgi-konfransı noyabrda işə başlayacaq

Gələn il  “Bakutel” sərgi-konfransı noyabrda işə başlayacaq
17:16 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Ölkənin aparıcı ixtisaslaşdırılmış sərgilərindən biri, eyni zamanda Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük sərgisi - “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı 2016-cı ildə 30 noyabr-3 dekabr tarixlərində keçiriləcək.
 
“Bakutel” sərgisi 20 ildən artıqdır ki, hər il telekommunikasiya bazarının aparıcı iştirakçılarını öz platformasında bir araya toplayır.
 
İT üzrə məhsul və xidmətlərin nümayiş olunduğu əsas meydança kimi, “Bakutel” möhkəm əlaqələrin qurulduğu və yeni müəssisələrin təsis olunduğu başlıca biznes-platformaya çevrilib.
 
 
Həqiqət İSABALAYEVA



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40419-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR