Azərbaycana külli miqdarda siqaret və pirotexniki vasitə gətirmək cəhdi alınmadı (FOTO)

Azərbaycana külli miqdarda siqaret və pirotexniki vasitə gətirmək cəhdi alınmadı (FOTO)
17:18 16 Dekabr 2015
33 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Külli miqdarda qaçaqmalın dövlət sərhə­din­dən keçirilməsinin qar­şısı alınıb.

Trend Dövlət Sərhəd Xidmətinin saytına istinadən məlumat verir ki, Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində əldə olunan məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədin­dən qaçaq yolla Azərbaycana gətirilən 1500 qutu “MM” siqaret­lə­ri­ni gizlədilən yerdən götürərkən Masallı rayon Alvadı kənd sakini Rufullayev Dövlət Şamil oğlu saxlanılıb.

Həmin gün saat 22:40 radələrində Balakən rayonu Mazımçay kəndi ərazi­sin­dəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadlarının sayıqlığı sayə­sin­də 12 600 ədəd pirotexniki vasitəni dövlət sərhədindən qaçaq yolla Azər­bay­cana gəti­rərkən Balakən rayon sakinləri Əliyev Rama­zan Aydın oğlu, Doldolov Fəqan Nəriman oğlu və Nastakalov İlham İzzət oğlu saxlanılıb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2470365.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR