"Təhsilə qoyulan sərmayə ən faydalı sərmayələrdən biridir"

"Təhsilə qoyulan sərmayə ən faydalı sərmayələrdən biridir"
17:22 16 Dekabr 2015
13 Digər
Ölkə mətbuatı
A- A+

Xarici işlər naziri Elmar Məmmədyarov dekabrın 16-da ADA Universitetində Xarici İşlər Nazirliyinin (XİN) yüksək və orta ranqlı diplomatları üçün təşkil edilən "Ali Xarici Siyasət Kursu"nun buraxılış mərasimində iştirak edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, E.Məmmədyarov ADA Universiteti tərəfindən təşkil edilən kursların XİN və digər dövlət qurumları əməkdaşlarının peşəkarlığının artırılmasında mühüm rol oynadığını bildirib. Nazir ADA Universitetinin təcrübəsində təhsilə qoyulan sərmayənin ən faydalı sərmayələrdən biri olduğunu deyib.

E.Məmmədyarov ölkəmizin, xüsusilə son illər ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləri, ikitərəfli və çoxtərəfli əsasda Azərbaycanın dünya birliyi ilə əlaqələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və Azərbaycan ərazilərinin 20 faizinin işğalı, ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesi haqqında, eləcə də hazırda dünyanın müxtəlif regionlarında baş verən aktual məsələlər və təhdidlər barədə tədbir iştirakçılarına məlumat verib.

Azərbaycanın nəqliyyat və enerji strategiyasının inkişafından danışan nazir Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini diqqətə çatdırıb.

Tədbir əsnasında E.Məmmədyarov diplomatların suallarını cavablandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR