Mourinyonu o əvəzləyə bilər

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo istefaya göndərilsə, onu Xuande Ramos əvəzləyə bilər. Bu barədə "The Times" xəbər yayıb.

Roman Abramoviç və London klubunun idarəçiləri bu gün keçirilən iclasda Mourinyonun mümkün istefası barədə müzakirələr aparıblar. Daha öncə "Bornmut"la görüşdən sonra klub rəsmilərinin 9 saata yaxın, Mourinyonun işini dəyərləndirdikləri və onun təzminat dəyəri ətrafında danışdıqları barədə məlumat yayılmışdı. Onlar iclas sonunda portuqaliyalı çalışdırıcıya daha bir şans vermək qərarına gəlmişdilər.

Xuande Ramosun son iş yeri "Dnepr" olub. O, 2014-cü ildən bəri işsizdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR