SOCAR-ın laboratoriyasında audit keçirilib

17:27 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, Türk Akkreditasiya Qurumunun İSO/İEC 17025 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartının tələblərinə uyğun olaraq hər il akkreditasiyadan keçirilən laboratoriyalarda təkrar audit yoxlamaları aparılır.
Audit zamanı laboratoriyada ümumi iş şəraitinin, nümunələrin qəbulu, saxlanılması, qeydiyyatı, metalların və biogen elementlərin təhlili proseslərinin təsdiq olunmuş prosedurlara uyğunluğu yoxlanılıb. Auditorlar tərəfindən KTL-də akkreditasiya sahəsinin genişləndirilməsi ilə əlaqədar içməli su, dəniz suyu, lay suyu nümunələrində xlor, sulfat, maqnezium, kalsium ionlarının, ümumi codluq, ümumi qələvilik kimi kimyəvi və Escherichia Coli, Total Coliforms kimi mikrobioloji analizlərin təhlili qaydalarının ardıcıllığı - nümunə hazırlığı, nümunələrin analizi, xətaların hesablanması və validasiya prosedurunun yerinə yetirilməsi izlənilib və təhlil prosesi üzrə sənədləşmələrin standartın tələblərinə uyğunluğu yoxlanılıb.
Türk Akkreditasiya Qurumu nümayəndələri proqrama uyğun olaraq Ekologiya İdarəsi rəhbərliyinin və KTL əməkdaşlarının iştirakı ilə toplantı keçirib, auditin nəticələri barədə məlumat veriblər. Müzakirələrdə KTL-də yerinə yetirilən işlərin İSO/İEC 17025:2010 standartının tələblərinə tam uyğun aparıldığı qeyd edilib və laboratoriyanın bu istiqamətdə fəaliyyətinin daha da genişləndirilməsi tövsiyə olunub.
Qeyd edək ki, Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyası Türk Akkreditasiya Qurumunun İSO/İEC 17025 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına əsasən 2012-ci ildə içməli su, dəniz suyu, lay suyu, torpaq nümunələrində metalların analizi, 2014-cü ildə isə içməli su, dəniz suyu, lay suyu, torpaq nümunələrində biogen elementlərin analizi üzrə Akkreditasiya attestatını alıb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/socar-in-ekologiya-i-daresinin-laboratoriyasinda-audit-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR