Rafael Benitesin meneceri ultimatum iddialarını təkzib etdi

Daha öncə İspaniya idman mətbuatında "Real" rəhbərliyinin baş məşqçi Rafael Benitesə ultimatum ünvanladığı barədə xəbərlər yayılmışdı.

Metbuat.az AS-a istinadən xəbər verir ki, Benitesin meneceri Manola Qarsiya Kilon ultimatum iddialarını təkzib edib:

"Ultimatum haqqında heç nə bilmirik. Bizə heç kim bu barədə məlumat verməyib.

Bunlar hamsı şayiələrdi. Benites özünü normal hesab edir və işinin başındadı".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR