Ramiz Əzizbəylinin səhhətindən son xəbər

Ramiz Əzizbəylinin səhhətindən son xəbər
17:31 16 Dekabr 2015
89 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Ramiz Əzizbəylinin səhhəti nisbətən yaxşılaşıb.

Bu barədə ANS PRESS-ə hazırda evdə olan xalq artisti özü məlumat verdi.

"Artıq xəstəxanadan çıxmışam, müalicəmi evdə davam etdirirəm. Heç nəyə ehtiyacım yoxdu, hər şey yaxşıdır"-deyən Ramiz Əzizbəyli xəstəliyi ilə əlaqədar nitqində problem yarandığını və çox danışa bilmədiyini də söylədi.

Beyinin işemik insultu xəstəliyindən əziyyət çəkən xalq artistinin vəziyyəti ilə bağlı onun qızı Xədicə Əzizbəyli bildirdi ki, hazırda atasının müalicəsi ev şəraitində davam etdirilir.




"Bu xəstəliyin müalicəsi uzun müddət tələb edir. Atamın həm də şəkər xəstəliyi olduğu üçün həkimlər əməliyyat edilməsini də məsləhət bilmir. Odur ki, yalnız dərmanlar vasitəsilə beyinə sızan qanın sovrulmasına çalışırlar".

Ramiz Əzizbəylinin hər hansı xarici ölkədə müalicəyə ehtiyacının olmasına gəlincə, qızı hələlik həkimlərin bunu lazım bilmədiyini vurğuladı.

Xalq artisti Ramiz Əzizbəyli 2014-cü ilin fevralında şəxsi avtomobilində sükan arxasında olarkən beyin insultu keçirib. Bu səbəbdən hətta həmin vaxt maşını ilə yüngül qəza da keçirib. Artıq iki ilə yaxındır xəstəliyi ilə bağlı səhhətində ciddi problemlər yaşayan xalq artisti uzun müddətdir fəaliyyətindən də kənarda qalıb.

67 yaşlı xalq artisti, aktyor və kinorejissor Ramiz Əzizbəyli "Bəyin oğurlanması", "Alma almaya bənzər", "Yol əhvalatı" və digər bədii filmlərdə yaratdığı onlarla obrazı, ekranlaşdırdığı "Bəxt üzüyü" filmi ilə xalqın böyük sevgisini qazanıb. Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə o, 2000-ci ildə əməkdar artist, 2008-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsüdür.


Ramiz Əzizbəyli-xalq artisti

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR