Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 17-də saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin “Gəncə Körpü Tikinti-2” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işləri aparılan müddətdə Göygöl rayonunun Qırxılı, Cümşüdlü və Balçılı kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə AZƏRTAC-a SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.