Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Bundan nə Rafetin, nə də mənim xəbərim var"

"Bundan nə Rafetin, nə də mənim xəbərim var"

Date: 16 December 2015 17:36

“Yalandan xəbər yayıblar ki, Rafet El Roman dekabrın 28-də Bakıda restoranların birində qonaq olacaq. Bu özbaşınalıqdır”.

Bu sözləri Axşam.az-a açıqlamasında təşkilatçı Nahid Emiloğlu deyib. O, Rafetin yalnız bir gün – dekabrın 29-da konsert verəcəyini bildirib:

“Bu yaxınlarda Yusuf Güney də Bakının qonağı olacaq. Yalandan xəbər yayıblar ki, Rafet Yusufla eyni səhnəni paylaşacaq. Bundan nə mənim, nə də Rafetin xəbəri yoxdur. Özbaşına qərar veriblər. Rafet ancaq Bakı Əyləncə Mərkəzində çıxış edəcək”.

Türkiyəli ifaçı Bakıya böyük orkestrı ilə birlikdə gələcək. O, gecədə sevilən mahnıları ilə yanaşı yeni bəstələr də səsləndirəcək.

Konsertə biletlərin qiyməti 150-200 manat arası nəzərdə tutulub. Tədbirin aparıcısı Zaur Nəbioğludur.

Gecəyə bilet əldə etmək istəyənlər (051) 845 00 00 nömrəsi ilə əlaqə saxlaya bilərlər.


Tags:  Bundan Rafetin mənim xəbərim var

RƏYLƏR


Top news