Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Aktrisanın uşaqları əlindən alındı - fotolar

Aktrisanın uşaqları əlindən alındı - fotolar

Date: 16 December 2015 17:41

"Gossip Girl" ("Dediqoduçu qız") serialı ilə daha da məşhurlaşan aktisa Sem Rutferford uşaqlarının vərəsəliyini itirib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, aktrisa Monakada yaşayan keçmiş həyat yoldaşı Deniel Qrieş ilə arasında uzun müddətdir sürən məhkəməni uduzub.

47 yaşlı Sem 9 yaşlı Hermes və 6 yaşlı Helenanın hüquqlarını atalarına verməli olub. Eyni zamanda aktrisa övladları ilə görüşəndə onları Fransa və ya Monakodan kənara çıxara bilməz.

Məhkəmədən sonra sualları cavablandırmaqdan imtina edən aktrisa "mənim vəziyyətimdə hər ana və ya ata necə hiss edərdisə, elə hss edirəm" deyib.

Qeyd edək ki, cütlük 2006-cı ildə ailə qurub. 2010-cu ildə onların evliliyi bitsə də, uşaqlar üstündə məhkəmə çəişmələri davam edirdi.






Tags:  Aktrisanın uşaqları əlindən alındı fotolar

RƏYLƏR


Top news