AZƏRTAC-ın yubileyinə həsr olunmuş kitab dörd dildə nəşr edilib

AZƏRTAC-ın yubileyinə həsr olunmuş kitab dörd dildə nəşr edilib
17:47 16 Dekabr 2015
9 Digər
Ölkə mətbuatı
A- A+

Müslüm Maqomayevin yubileyinə həsr olunmuş konsert - FOTO (24 May 2017 18:32)
IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları buraxıldı (12 May 2017 10:37)
IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb (12 May 2017 10:37)

AZƏRTAC-ın 95 illik yubileyinə həsr olunmuş kitab işıq üzü görüb. Nəşr oxucuya dörd dildə - Azərbaycan, ingilis, rus və ərəb dillərində təqdim olunur. Kitabda Prezident İlham Əliyevin Azərbaycan Dövlət Teleqraf Agentliyinin Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) adlandırılması, AZƏRTAC-ın əməkdaşlarının fəxri adlar və "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında sərəncamları, yubiley tədbirləri, Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən iclası barədə xəbərlər və digər materiallar toplanıb.

Agentliyin Baş direktoru Aslan Aslanovun kitaba daxil edilmiş "AZƏRTAC: Şərqlə Qərb arasında media körpüsü" sərlövhəli analitik məqaləsində 95 ildə keçilmiş yola müxtəsər nəzər salınır, AZƏRTAC-ın beynəlxalq əlaqələrindən, dünya informasiya məkanında yerindən və mövqeyindən bəhs olunur. AZƏRTAC hazırda 130-a yaxın ölkə ilə informasiya mübadiləsi aparır, 7 dildə xəbər, 5 dildə videomaterial yayır, dünyanın ən mötəbər media qurumlarında təmsil olunur. Eyni zamanda, 2016-2019-cu illərdə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatına (OANA) və Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik edəcək. Məqalədə son dövrlərdə qazanılmış bu və digər uğurlar, agentliyin artan beynəlxalq nüfuzunun göstəricisi olan konkret faktlar diqqətə çatdırılır, müasir dövrün çağırışları ilə bağlı mülahizələr irəli sürülür.

AZƏRTAC-ın 95 illik yubileyi bir çox mötəbər qonaqların iştirakı ilə də yadda qalıb. Yubiley tədbirlərində Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti, Səudiyyə Xəbər Agentliyinin rəhbəri Abdullah bin Fəhd Əl-Hüseyn, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Böyük Britaniyanın Press Association baş icraçı direktoru Klayv Marşal, EANA-nın baş katibi Erik Naylen, OANA-nın prezidenti, Rusiyanın TASS agentliyinin Baş direktoru Sergey Mixaylov, Agentliyin Baş direktorunun birinci müavini, həmyerlimiz Mixail Qusman, Ərəb Xəbər Agentlikləri Federasiyasının (FANA) Baş katibi Fərid Əyyar, habelə Bolqarıstan, Qazaxıstan, İtaliya, Sloveniya, Türkiyə, Rumıniya, Belarus, Litva və digər ölkələrin aparıcı informasiya agentliklərinin rəhbərləri iştirak ediblər. Dünya Xəbər Agentlikləri Konqresi Şurası iclasının həmin günlərə təsadüf etməsi yubiley tədbirlərinə özünəməxsus təravət verib. Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun Şura iclasının və yubiley mərasiminin iştirakçıları ilə görüşündə Azərbaycanda söz və mətbuat azadlığının bərqərar olması, demokratiyanın inkişafı, müasir medianın aktual problemləri barədə söhbət açılıb, fikir mübadiləsi aparılıb. Görüşdə səslənən çıxışlar və mülahizələr kitabda geniş əksini tapıb.

Yubiley tədbirləri, həmçinin çoxsaylı görüşlərlə, imzalanan yeni əməkdaşlıq müqavilələri ilə əlamətdar olub. AZƏRTAC-da FANA-nın Baş katibi Fərid Əyyar, "Kazinform" (Qazaxıstan) beynəlxalq informasiya agentliyinin Baş direktoru Dauren Diyarov, "BelTA" (Belarus) agentliyinin Baş direktoru Dmitri Juk, AGERPRESS (Rumıniya) milli xəbər agentliyinin Baş direktoru İon Alexandru Giboi, Dünya Xəbər Agentlikləri Konqresinin prezidenti, Səudiyyə Xəbər Agentliyinin rəhbəri Abdullah bin Fəhd Əl-Hüseyn və digər tədbir iştirakçıları ilə görüşlər keçirilib, müqavilələr imzalanıb. Kitaba bu görüşlər haqqında informasiyalar da daxil edilib.

AZƏRTAC yubileyi münasibətilə çoxsaylı təbriklər alıb. Kitabda dünyanın nüfuzlu media qurumlarının və xəbər agentliklərinin təbrikləri ilə yanaşı, xarici ölkə KİV-lərinin yubileylə bağlı yaydıqları materiallarla tanış olmaq mümkündür.

Azərbaycanın siyasi, ziyalı elitası AZƏRTAC haqqında nə düşünür, onun fəaliyyətini peşəkarlıq və müasirlik baxımından necə dəyərləndirir? Bu suallara Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun, Baş nazirin müavini, yazıçı Elçin Əfəndiyevin, Milli Məclis sədrinin müavini Bahar Muradovanın, Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın kitabda yer alan müsahibələrində cavab tapmaq olar. Onlar AZƏRTAC-ın fəaliyyəti ilə bağlı fikirlərini bölüşür, kollektivin peşəkarlığını və fədakarlığını yüksək qiymətləndirirlər.

Kitaba daxil edilən bütün materiallar fotoşəkillərlə müşayiət olunur.

Nəşrdən əsas məqsəd AZƏRTAC-ın yubileyi fonunda Azərbaycanda KİV-in inkişafına yaradılan şəraitə və demokratik mühitə işıq salmaq, Prezident İlham Əliyevin mediaya yüksək diqqət və qayğısını dünyanın mətbuat elitasına çatdırmaqdır. Kitabın dörd dildə nəşr olunması, ilk növbədə, bu məqsədə xidmət edir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

MAR-da toqquşma - 300 ölü

26 May 2017 00:18

Cocuq Mərcanlıda 1063 ədəd qəlpə aşkar edilib

26 May 2017 00:12

Viqan şəhərində sapyorların iştirakı ilə polis əməliyyatı keçirilir

26 May 2017 00:08

"Neftçi"nin futbolçusu Gürcüstan yığmasına dəvət alıb

26 May 2017 00:07

Bakı polisi Somalidən gələn idmançıları axtarır

26 May 2017 00:05

Ramazanda ağız qoxusunun qarşısını alan ən yaxşı üsul

26 May 2017 00:05

Günün qoroskopu: hərəkət yoxdursa, nəticə də yoxdur

26 May 2017 00:05

Gəncədə “BMW” ilə qəza törətdi

26 May 2017 00:03

Astroloji proqnoz - 26 may

26 May 2017 00:03

"Moody's" Samir Şərifova etibar edir

25 May 2017 23:57

Trampdan Monteneqro prezidentinə hörmətsizlik -

25 May 2017 23:56

Azərbaycan şərabları Vaşinqton festivalında - FOTO

25 May 2017 23:52

Bu qarışımı qoltuq altına sürtdükdə tüklər birdəfəlik yox olur

25 May 2017 23:52

Müxbiri döyən siyasətçi cəzalanacaq

25 May 2017 23:52

10 yaşında 190 kq - FOTO

25 May 2017 23:50

Piylənmədən ən çox əziyyət çəkən insanlar hansı ölkələrdə yaşayırlar​?

25 May 2017 23:47

"ABŞ maliyyə yardımını azaldarsa"... - BMT

25 May 2017 23:42

“Real” azarkeşləri üçün xüsusi tabut

25 May 2017 23:42

Orqanizmi qısa müddətdə toksinlərdən təmizləməyin YOLU

25 May 2017 23:42

Batumidə 28 May - Respublika Günü təntənəli şəkildə qeyd olunub

25 May 2017 23:32

Şou ulduzu çimərlikdə - FOTO

25 May 2017 23:32

Masallıda onlarla evdə çökmə baş verib:

25 May 2017 23:30

BMT: ABŞ maliyyə yardımını azaldarsa, Təşkilat öz vəzifələrini yerinə yetirə bilməyəcək

25 May 2017 23:22

Oğlan uşağını necə tərbiyə edək?

25 May 2017 23:22

Kann Festivalında tanınmış modellərin dekolte şousu - FOTOLAR

25 May 2017 23:18

Cinsi zəifliyi aradan qaldıran TƏBİİ VASİTƏ

25 May 2017 23:17

Faydalı bakteriyaların olduğu qidalar hansılardır?

25 May 2017 23:17

Həbsdə olan müstəntiq kitab yazır

25 May 2017 23:15

Pomidoru şəkər tozuna batırın, təsiri sizi heyran edəcək

25 May 2017 23:13

Tələbəni məhkəməyə verən dekan müavini səfirin bacısı imiş...

25 May 2017 23:12

Sərkisyan nazirlər təyin etdi - Siyahı

25 May 2017 23:12

Siqaret hər 10 saniyədə 1 insanı məhv edir

25 May 2017 23:12

Azərbaycan millisi Almaniya ilə bacarmadı

25 May 2017 23:12

Mərkəzi Afrika Respublikasında baş vermiş toqquşmalarda 300 nəfər ölüb

25 May 2017 23:07

Sabiq sevgilisinin çılpaq fotolarını yaydı - FOTO

25 May 2017 23:05

İrəvanda Bakını götürməyə və “məsələni bağlamağa" çağırdılar

25 May 2017 22:57

Ermənistanda 4 milyon erməni?

25 May 2017 22:57

Masallıda onlarla ev çökdü - FOTO

25 May 2017 22:52

Çörək yeyərkən diqqətli olun

25 May 2017 22:52

Ermənistan parlamentinin spikeri Ara Babloyan: “Yüzlərlə azərbaycanlı uşağı...”

25 May 2017 22:52

MAR-da son 2 həftə ərzində 300-ə yaxın insan həlak olub

25 May 2017 22:50

Millimiz Almaniya qarşısında aciz qaldı - FOTO

25 May 2017 22:47

Azərbaycan voleybol millisi Almaniya yığmasına uduzub

25 May 2017 22:47

İspanaqda ətdən daha çox dəmir var

25 May 2017 22:47

Xəyyam qonaqlara həyat yoldaşının şəklini çəkməyi qadağan etdi - TOYDAN KADRLAR

25 May 2017 22:43

Qanda xolesterini normallaşdırmaq üçün TƏBİİ VASİTƏ

25 May 2017 22:42

Mançester terrorunun qurbanları yad edildi -

25 May 2017 22:40

17 ildən sonra altı əkiz doğdu - FOTO

25 May 2017 22:38

Azərbaycanlı aktyor ona böyrək verənin kimliyini açıqladı - FOTO

25 May 2017 22:37

Populyar model diqqət mərkəzində idi - FOTO

25 May 2017 22:32