Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Bakıda Moskva günləri keçirilib

Bakıda Moskva günləri keçirilib

Tarix: 16 Dekabr 2015 17:47

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakıda Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Moskvanın Yeni il qabağı təqdimatı keçirilib.
"Report" xəbər verir ki, təqdimat zamanı "Mənim Moskvam" adlı fotosərginin nümayişi keçirilib. Tədbir iştirakçıları həmçinin "Sizin gözünüz Moskva" layihəsi çərçivəsində virtual qaydada Moskvaya səfər edib.
Qonaqlar üçün "Moskva yarmarkası" adlı əyləncə proqramı təqdim edilib, uşaqlar və böyüklər üçün "Bayram əhval-ruhiyyəsi" master-klassı keçirilib.
Ardından "Səs" televiziya müsabiqəsinin qalibi Sergey Volçkovun konserti baş tutub və o, Müslüm Maqomayevin mahnılarını ifa edib.

Teqlər:  Bakıda Moskva günləri keçirilib



RƏYLƏR


Top xəbərlər