Abdullah Gül Azərbaycan prezidentinə başsağlığı verdi

Abdullah Gül Azərbaycan prezidentinə başsağlığı verdi
17:47 16 Dekabr 2015
14 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Güldən Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli Prezident, əziz qardaşım,

Dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən "Günəşli" yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi.

Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/390765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR