Azərbaycan vergi inzibatçılığını təkmilləşdirir

Azərbaycan vergi inzibatçılığını təkmilləşdirir
17:48 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Ənvər Məmmədov - Trend:

Vergilər Nazirliyində vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə yaradılmış komissiyanın ilk iclası keçirilib.

Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata görə, tədbirdə çıxış edən komissiyanın sədri, vergilər naziri Fazil Məmmədov bildirib ki, Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı vergi orqanlarının şəffaf və səmərəli işləməsi, büdcəyə daha çox vəsait toplaması, bunun üçün imkanların və ehtiyatların mövcud olduğunu bildirərək, bununla bağlı Vergilər Nazirliyi qarşısında bir sıra mühüm vəzifələr qoyub.

Bu vəzifələrin icrasını təmin etmək üçün həyata keçirilən tədbirlərə toxunan nazir bildirib ki, yeni situasiyada inkişaf edən Azərbaycan iqtisadiyyatının qarşılaşdığı qlobal çağırışlara cavab verməyə çalışan vergi orqanları hələ ilin əvvəlindən başlayaraq Vergi Məcəlləsinə lazımi dəyişikliklərin edilməsi məqsədilə təkliflər hazırlayıb aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla ölkə rəhbərliyinə təqdim edib.

Ölkə başçısı tərəfindən Milli Məclisin müzakirəsinə verilmiş bu təkliflər parlamentdə müzakirə olunaraq müvafiq qərar qəbul edilib və dekabr ayının 7-də həmin dəyişikliklərlə bağlı qanun imzalanıb. Bu qanunun icrası mövcud vergi inzibatçılığının daha da təkmilləşdirilməsini tələb etdiyindən, yeni yaradılmış komissiyaya dünyada mövcud olan müasir təcrübəyə əsaslanaraq vergi inzibatçılığının təkmilləşdirilməsini nəzərdə tutan əsas istiqamətləri - vergi siyasəti, vergi nəzarəti, vergiödəyicilərə xidmət, ibtidai istintaq və vergi borclarının idarə edilməsi, hüquqi təminat, apelyasiya sistemi, insan resursları, daxili nəzarət, beynəlxalq əlaqələr, icra intizamı, informasiya təhlükəsizliyi, maddi texniki təchizat və struktur dəyişikliklərini əhatə edən məsələlərlə bağlı təkliflər hazırlamaq tapşırılıb. Bu işi sürətləndirmək məqsədilə vergilər nazirinin müavinlərinin və müşavirlərinin rəhbərlik etdiyi işçi qrupları yaradılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2470376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR