Sürücüsüz avtomobillər smartfonların köməyi ilə oğurlana bilər

Sürücüsüz avtomobillər smartfonların köməyi ilə oğurlana bilər
17:48 16 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Yaponiyanın Hiroşima Universitetinin dosenti Xiroyuki İnoue smartfondan istifadə etməklə avtomobilin bort kompyuterinə müdaxilə üsullarını nümayiş etdirib.
AZƏRTAC “gazeta.ru” saytına istinadən bildirir ki, alim 2013-cü ildə buraxılan “Toyota Corolla Fielder” avtomobilinin pəncərələrini açıb, spidometrə müdaxilə edib və “DDoS” hücumun köməyi ilə avtomobilin hərəkətini dayandırıb. Professor adi “Wi-Fi” router və özü hazırladığı mobil proqramdan istifadə edib.
İndi avtomobilin bort kompyuterinə müdaxilə Yaponiyada buraxılan maşınlar üçün təhlükə yaratmır, çünki onlar internetə qoşulmayıb, ancaq 2020-ci ilə Yaponiyada sürücüsüz avtomobillərin kütləvi buraxılışı nəticəsində bu təhlükə kütləviləşə bilər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Surucusuz_avtomobiller_smartfonlarin_komeyi_ile_ogurlana_biler-911796

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR