Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Qahirə Universitetinin alimi, Misir Mədəniyyət Nazirliyinin Nəşriyyat və redaksiya şöbəsinin rəhbəri Əbdürrəhman əl-Hicazi və Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami Elaydi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsinin direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyava ilə görüşdə Azərbaycan ilə Misir arasında ədəbi, elmi əlaqələrdən söz açılıb, Şərqşünaslıq İnstitutunda ərəbşünaslıq sahəsində görülən işlər barədə məlumat verilib.
Görüşdə, həmçinin əməkdaşlıq perspektivləri müzakirə edilib.