ABŞ-dan dünya iqtisadiyyatını sarsıdacaq qərar

ABŞ-dan dünya iqtisadiyyatını sarsıdacaq qərar
17:56 16 Dekabr 2015
24 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ konqresinin liderləri ölkənin 2016-cı maliyyə ili üçün büdcə xərcləri planı üzrə razılıq əldə ediblər.

ANS PRESS-in məlumatına görə, razılığa əsasən ABŞ-ın 40 il ərzində ölkədən neft ixracatına qoyduğu qadağa aradan qaldırılıb. Konqresmenlərin razılaşma əldə etdiyi haqda Nümayəndələr palatasının spikeri Pol Rayan məlumat verib.

Rayanın sözlərinə görə, dövlət xərcləri üzrə planın təstiqlənməsinə dair müzakirələr dekabrın 17-ə təyin olunub. Dövlətin xərclərinə 1,1 trilyon ABŞ dollarının ayrılması planlaşdırılıb.

1975-ci ildə qüvvədə olan neft ixracatı qadağasına gəldikdə isə, Viskonsin ştatından olan Reyd Ribbl bildirib ki, neft embarqosunun götürülməsində respublikaçılar israr ediblər.

Dövlət xərclərinə dair qanunun qəbul edilməsində ləngimə məhz bu sual üzrə demokratçılarla respublikaçılar arasında fikir ayrılığı yaranması səbəbindən baş verib. Embarqonun götürülməsinə qarşı ABŞ prezidenti Barak Obama da çıxış edib. Demokratlar hesab edirlər ki ekoloji cəhətdən bərpa olunan enerji ilə işləyən şirkətləri dəstəkləmək lazımdır. Respublikaçılar partiyasının nümayəndələri isə amerika neftinin ixracatının ölkəyə əlavə gəlir gətirəcəyinə və büdcəni balanslaşdırmağa imkan verəcəyinə diqqət çəkirlər.

Amerika neftinin ixracatına qoyulan qadağanın aradan qaldırılmasına dair qərar "qara qızılın" qiymətinin kəskin düşməsi fonunda qəbul edilə bilər. Hazırda ( Bakı vaxtı ilə 17:24 - red.) dünya birjasında "Light" neftinin (Texas nefti - red.) bir bareli 36.89 dollar, "Brent" markalı neftin bir bareli isə 37.68 dollar təşkil edir. Dekabrın 14-ü isə 37 dollardan aşağı düşən neft 2008-ci ildən tarixi minimuma enib.

Nümayəndələr palatasının üzvü senator Co Barton bəyan edib ki, ABŞ "ən yaxşı texnologiyalara və ən yaxşı neftə malikdir" və neft bazarından Rusiya, Səudiyyə Ərəbistanı və İranı sıxışdırıb çıxara bilər.

ABŞ neft ehtiyyatlarının həcmi 2015-ci ilin aprelində tarixi maksimuma çatıb - 490,9 milyon barrel. Hazırda ABŞ neft ehtiyyatları 486 milyon barrel təşkil edir. Ehtiyyatların artmasına şist neftinin hasilatının qalxması səbəb olub.

ABŞ-ın gündəlik neft hasilatı 9 milyon barrel təşkil edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367435

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR