Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Yaxın 5 ildə Yunanıstana 3,5 mlrd. kubmetr Azərbaycan qazı nəql olunacaq

SOCAR 958 mln. kubmetr qaz hasil edib (14 Mart 2017 17:22)
Ötən il Azərbaycanda enerji istehsalına 4 mlrd.kubmetr qaz sərf olunub (09 Mart 2017 10:37)
Azərbaycanda ötən il 6 mln. ton neft, 3 mlrd. kubmetr qaz emal olunub (08 Mart 2017 11:32)

Tarix: 16 Dekabr 2015 18:02

O qeyd edib ki, bu həcmdə qaz DEPA və "Botaş" şirkəti arasındakı razılaşmaya əsasən nəql olunur. Baş məsləhətçi bildirib ki, bu müqavilənin müddəti 2021-ci ildə başa çatır.
Yunanıstanın qaz təchizatından danışan K Andriosopulos qeyd edib ki, Azərbaycan qazından başqa, "Sonatrech" şirkəti ilə maye qaz üzrə (LNG) müqavilə mövcuddur və bu həcm də 700 mln. kubmetrdir: "Bu müqavilənin də vaxtı digər müqavilə kimi 2021-ci ildə başa çatır".
O əlavə edib ki, Rusiyanın "Qazprom" şirkəti ilə də müqavilə var və onun payı bazarda 65-67% təşkil edir.
"Elə bu müddətdə (2020-ci ilin sonu-2021-ci ilin əvvəli) "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsindən hasil olunan qazı Avropaya çatdıracaq Trans-Adriatik boru kəməri (TAP) işə düşəcək və onun həcmindən 1 mlrd. kubmetri Yunanıstana çatdırılacaq", - deyə Korporasiya rəsmisi vurğulayıb.
O qeyd edib ki, DEPA bu layihəyə bağlılığını nümayiş etdirib: "TAP, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İGB) və Aleksandrapolisdəki terminal Yunanıstanın regionda inkişafını təmin edəcək. Əgər biz Yunanıstanın regionda rolunu genişləndirə bilsək, DEPA-nı regionun enerji liderinə çevirə bilərik".

Teqlər:  Yaxın ildə Yunanıstana mlrd kubmetr Azərbaycan qazı nəql olunacaq



RƏYLƏR


Top xəbərlər