​KİV: İranın "Qüds" qoşununun komandanı Rusiya prezidenti ilə görüşüb

​KİV: İranın "Qüds" qoşununun komandanı Rusiya prezidenti ilə görüşüb
18:07 16 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyasının xaricdəki "Qüds" adlı qoşununun komandanı, general Qasım Süleymani Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
"Report" xəbər verir ki, bu haqda "Fars" agentliyi məlumat yayıb.
Məlumata görə, o, Moskvaya ötən həftə səfər edib.
Qasım Süleymani İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin yaxın ətrafından sayılır. O, ölkə xaricindəki hərbi əməliyyatlara başçılıq edir. Xəbərdə bildirilib ki, Q.Süleymani Rusiya prezidenti ilə yanaşı, ölkənin başqa hərbi rəhbərləri ilə də görüşüb.
"Qüds" qoşunu Suriyada Bəşşar Əsəd və İraqda isə hökumətə bağlı silahlılara hərbi əməliyyatlarda yardım edir.
Qeyd edək ki, bu ilin avqustunda da onun Rusiyaya səfər etdiyi barədə xəbər yayılmışdı. Ancaq bu informasiya onda RF xarici işlər nazirinin müavini Sergey Ryabkov tərəfindən təkzib edilmişdi.

Xəbərin orijinal ünvanı: http://report.az/region/ki-v-i-ranin-quds-qosunun-komandani-rusiya-prezidenti-ile-gorusu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR