Azərbaycanda istehsal olunan günəş panelləri Almaniyada istifadə ediləcək

Azərbaycanda istehsal olunan günəş panelləri Almaniyada istifadə ediləcək
18:13 16 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC 
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) sədri Akim Bədəlov Azərbaycan ilə Almaniya arasında alternativ və bərpa olunan enerji sahəsi üzrə təcrübə mübadiləsi, layihələndirmə və tikinti, sənaye müəssisələri arasında əməkdaşlığın inkişafı məqsədilə Almaniyanın Berlin, Drezden və Münhen şəhərlərində işgüzar səfərdədir. Səfər çərçivəsində Almaniyanın qabaqcıl şirkətləri ilə baş tutmuş görüşlər zamanı bu ölkədə yaxın gələcəkdə inşası nəzərdə tutulan eko-şəhərciklərdə yaşayış və inzibati binaların dam örtüklərində Azərbaycanın “Azgüntex” günəş panelləri zavodunda istehsal olunan məhsullardan istifadə edilməsi barədə razılıq əldə olunub.
Bu barədə AZƏRTAC-a ABOEMDA-dan məlumat verilib.
Qeyd edək ki, 2012-ci ildən fəaliyyət göstərən “Azgüntex” günəş panelləri zavodu Avropa ölkələrinin aparıcı şirkətlərinin ən müasir texnologiyaları əsasında yaradılım, 50 meqavat gücündə günəş panelləri istehsal etmək potensialına malikdir. Avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan günəş modulları möhkəmliyi, yüksək faydalı iş əmsalının olması və son model polikristallik hücrə texnologiyasından istifadəsi ilə seçilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_istehsal_olunan_gunes_panelleri_Almaniyada_istifade_edilecek-911812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR