Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Botanika İnstitutunun növbəti uğuru

Date: 16 December 2015 18:13


Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutu ilə Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (BBBM, Almaniya) arasında imzalanmış Razılaşma Memorandumu çərçivəsində Volksvagen Fondunun dəstəyi ilə 2011-2015-ci illərdə həyata keçirilən "Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması" layihəsinin birinci mərhələsi uğurla başa çatıb.
Botanika İnstitutundan AZƏRTAC-a bildirilib ki, layihə institutun inkişafında və beynəlxalq əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynayıb. Layihə çərçivəsində İnstitutun Herbari Fondunun infrastrukturunda yenidənqurma işlərinə başlanılıb və sonradan Fondda bu işlər AMEA-nın dəstəyi ilə tamamlanıb. İnstitutun gənc mütəxəsissləri və doktorantları BBBM-də biologiyanın müasir sahələri olan molekulyar sistematika, mühafizə genetikası və biomüxtəlifliyin informatikası üzrə təhsil almış və Azərbaycanın bəzi relikt, nadir və itmə təhlükəsində olan ağac növlərinin (Zelkova, Gleditsia, Pterocarya və s.) müasir statusunun təyini üzrə elmi tədqiqatlar aparıb, alman alimlərlə birlikdə impact faktorlu jurnallarda elmi məqalələr dərc etdiriblər. Layihə, həmçinin institutun dəyərli herbari nümunələrinin beynəlxalq virtual herbari məlumat bazasına daxil edilməsi üçün imkanlar yaradıb. İki ölkənin botaniklərinin respublikanın müxtəlif regionlarına çöl tədqiqatlarının təşkili üçün Volksvagen Fondu tərəfindən İnstituta Mitsubishi Pajero markalı nəqliyyat vasitəsi də hədiyyə edilib.
Layihənin birinci mərhələsinin uğurlu nəticələri Volksvagen Fondu tərəfindən yüksək qiymətləndirilib və tədqiqatların 2016-cı ildə də davam etdirilməsi üçün layihənin ikinci mərhələsi də Fond tərəfindən dəstəyə layiq görülüb. Yeni mərhələdə də gənc azərbaycanlı botaniklərin müasir elm sahələri üzrə yetişdirilməsi və yerli bitki növlərinin molekulyar səviyyədə tədqiqi nəzərdə tutulur.

Tags:  Botanika İnstitutunun növbəti uğuru


RƏYLƏR


Top news