Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan beynəlxalq və regional təşkilatlarla əlaqələrin dərinləşdirilməsinə önəm verir

Date: 16 December 2015 18:13


Bakı, 16 dekabr, AZƏRTAC 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə idarəedici direktoru Tomas Mayr-Hartinqin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Elmar Məmmədyarov Azərbaycanın beynəlxalq və regional təşkilatlarla əlaqələrin dərinləşdirilməsinə xüsusi önəm verdiyini bildirib. O, bu kimi səfərlərin qarşılıqlı anlaşma, bir sıra məsələlərin, problem və perspektivlərin əhatəli müzakirəsi baxımından vacib olduğunu vurğulayıb.
Elmar Məmmədyarov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin gələn ilin əvvəlində Azərbaycana planlaşdırılan səfərinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin bir sıra aspektləri haqqında fikir mübadiləsi aparılıb.

Tags:  Azərbaycan beynəlxalq regional təşkilatlarla əlaqələrin dərinləşdirilməsinə önəm verir


RƏYLƏR


Top news