“Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” beynəlxalq konfransın Bəyannaməsi qəbul edilib

18:13 16 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Xəbər verildiyi kimi, dekabrın 16-da Bakıda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq konfransın yekununda Bəyannamə qəbul edilib.
Bəyannamədə uşaqların erkən yaşda nikaha cəlb edilməsi ilə bağlı, eləcədə bu hallara gətirib çıxaran hüquq pozuntularını qadağan edən qanunvericilik tədbirlərini və icra mexanizmlərini təkmilləşdirmək, erkən nikahların əvvəlcədən aşkarlanması və vaxtında qarşısının alınması, bu sahədə məlumatlarının toplanması üzrə fəaliyyətləri nəzərdə tutan səmərəli monitorinq mexanizmi yaratmaq kimi məsələlər və digər tövsiyələr daxildir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Erken_nikahlarin_qarsisinin_alinmasi_uzre_imkanlarin_guclendirilmesi_beynelxalq_konfransin_Beyannamesi_qebul_edilib-911811

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR