Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

SOCAR Turkey: Yalan informasiyalardan bezdik

SOCAR Turkey: Yalan informasiyalardan bezdik

Star oil refinery to be commissioned in April 2018 (28 November 2016 20:46)

Date: 16 December 2015 18:16

SOCAR-ın Türkiyədəki törəmə şirkətinin ləğvi xəbəri öz təsdiqini tapmadı.

ANS PRESS- ə bu barədə "SOCAR Turkey" LNG Satış Anonim Şirkətindən məlumat verilib. Məlumatda bildirilir ki, söhbət şirkətin tam ləğvindən getmir.

Əslində, şirkətə məxsus yanacaqdoldurma məntəqələrindən birinin lisenziyası ləğv olunub. Lakin tezliklə bu problem öz həllini tapacaq. Belə bir qərarın verilməsinə səbəbsə lisenziya almaq üçün qoyulan vaxtın bitməsidir. Lakin qurum sabah təxminən 500 dollar ödəyərək yeni lisenziya əldə edəcək və bununla da şirkətin daha bir yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayacaq. Beləliklə, "SOCAR"ın Türkiyənin 6 bögləsində sıxılmış qaz satışını həyata keçirən yanacaqdoldurma məntəqələri lisenziyaya malik olacaq.


SOCAR-ın Türkiyədəki yanacaqdoldurma məntəqəsi

SOCAR-ın Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey LNG Satış Anonim Şirketi"nin rəsmisinin sözlərinə görə mətbuata yalan informasiyalar sızdırılıb.

Türkiyənin "Deniz" xəbər agentliyi SOCAR-ın Türkiyədəki törəmə şirkətinin ləğvi ilə bağlı xəbər yaymışdı. Xəbərdə bildirilirdi ki, Türkiyənin enerji bazarını tənzimləmə qurumu ümumilikdə 13 şirkətin lisenziyasını ləğv edib. Və onların arasında "SOCAR Turkey" LNG Satış Anonim Şirketi nin də adı var.







Tags:  SOCAR Turkey Yalan informasiyalardan bezdik



RƏYLƏR


Top news