Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

​Türkmənistanda “Şərq-Qərb” qaz kəmərinin açılış mərasimi keçiriləcək

Bakıda Kempo üzrə ikinci Asiya oyunları keçiriləcək - FOTO (23 Mart 2017 16:05)
Daha bir yarış hava şəraiti ilə əlaqədar təxirə salındı (17 Fevral 2017 13:47)
Azərbaycanda daha bir futbol yarışı hava şəraiti ilə əlaqədar təxirə salınıb (17 Fevral 2017 12:07)

Tarix: 16 Dekabr 2015 18:17

Məlumata görə, Türkmənistanın neft-qaz sənayesi və mineral ehtiyatlar naziri Məhəmmədnur Halilov tərəfindən Azərbaycan Energetika Nazirliyinə ünvanlanan dəvət məktubunda enerji sahəsində iki ölkə arasında əməkdaşlıq münasibətlərinin hazırkı səviyyəsinin yüksək olduğu qeyd edilib və bu layihəTürkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun türkmən təbii qazının beynəlxalq bazarlara nəqlinin diversifikasiyası, enerji təhlükəsizliyinin təminatı və energetika sahəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi siyasətinin reallaşmasında mühüm rol oynayacağı göstərilir:
"Bu baxımdan,“Şərq-Qərb” qaz kəməri dünya energetika məkanında Türkmənistan və onun müttəfiqlərinin birgə maraqlarının uzunmüddətli təminatına xidmət göstərən, beynəlxalq münasibətlərin yeni forma və istiqamətlərinin tapılması perspektivi vəd edən layihə kimi nəzərdən keçirilir. Bu hadisənin əhəmiyyətini nəzərə alaraq energetika naziri Natiq Əliyev “Şərq-Qərb” qaz kəmərinin təntənəli açılış mərasimində iştiraka dəvət edilib", - deyə məktubda bildirilir.

Teqlər:  Türkmənistanda Şərq-Qərb qaz kəmərinin açılış mərasimi keçiriləcək



RƏYLƏR


Top xəbərlər