Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Azəryol”-“Salo” voleybol oyunu başlayıb

“Azəryol”-“Salo” voleybol oyunu başlayıb

Date: 16 December 2015 18:18


Bakı, 16 dekabr, AZƏRTAC
Bakının qadınlardan ibarət “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışlarının səkkizdəbir final mərhələsinin cavab oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində təşkil olunan görüşdə komandamız Finlandiyanın “Salo” klubunu qəbul edir.
Görüşü türkiyəli Cihat Fırıncıoğlu və ukraynalı Aleksey Skibitskiy idarə edirlər.
Qeyd edək ki, komandalar arasında Finlandiyada keçirilən ilk oyunda Bakı təmsilçisi 3:0 hesabı ilə qalib gəmişdi. Təmsilçimiz turnirin onaltıdabir final mərhələsində Rumıniyanın “Tarqoviste” klubunu yarışdan kənarlaşdırmışdı.

Tags:  Azəryol-Salo voleybol oyunu başlayıb


RƏYLƏR


Top news