PKK-ya qarşı 31 illik mübarizədə yeni dönəm - TƏHLİL

PKK-ya qarşı 31 illik mübarizədə yeni dönəm - TƏHLİL
18:19 16 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə dövləti PKK terrorunun başladığı 1984-cü ildən bəri ölkənin cənub-şərqində ən iri miqyaslı antiterror əməliyyatına başlayıb. Diyarbəkir vilayətinin Silvan, Diyarbəkir şəhərinin Sur, Şırnak vilayətinin Silopi və Cizrə, Mardin vilayətinin Nusaybin rayonlarında ordu və polisin birləşmiş qüvvələri ilə sərt “təmizləmə” əməliyyatına start verilib.

 

İlk baxışdan qeyri-adi bir hadisənin baş vermədiyini söyləmək olar, çünki Türkiyənin aqressiv separatizmlə mübarizəsi yeni deyil, 30 ildən çoxdur PKK terroruna qarşı mübarizə zaman-zaman səngiyərək, zaman-zaman da güclənərək permanent şəkildə davam edir. Lakin istər əməliyyata cəlb olunmuş qüvvələrin kəmiyyəti və keyfiyyəti, istərsə də terrorçuların istifadə etdiyi metodlar baxımından güney-doğu şəhər və qəsəbələrinin bu dəfə xaraktercə əvvəlkilərdən fərqli bir qarşıdurmaya səhnə olduğunu görürük. “Qış təmizliyi” üçün cəmləşdirilən polis və jandarma xüsusi təyinatlılarının sayının azı 10 min nəfər olduğu bildirilir ki, bu da hərbi terminologiya ilə ifadə etsək, 2 diviziya (Türkiyə Silahlı Qüvvələrində - tuqay) həcmindədir. Onlar zirehli hərbi texnika, hətta tanklarla təchiz olunub. Hərbi helikopterlər havadan əməliyyatları nəzarətdə saxlayacaq və lazım gəldikdə müdaxilə edəcək. Bombardmançı təyyarələr isə paralel şəkildə dağlıq zonalarda, o cümlədən İraqın şimalında terrorçuların düşərgələrinə, mağaralarına, sığınacaqlarına zərbələr endirəcək, beləliklə, dağdakı qruplarla düzən ərazilərdə və şəhərlərdə mövqe tutmuş terrorçular arasında hər hansı əlaqə tamamilə əngəllənəcək. Daha bir önəmli məqam isə yerli əhalinin bir qisminin dövlət tərəfindən köçürülməsi (məsələn, müəllimlər), müəyyən hissəsinin də terrorçular tərəfindən zorla öz evlərindən çıxmağa məcbur edilməsi və beləliklə, ölkə daxilində sayı heç də az olmayan Türkiyə pasportlu məcburi köçkün kontingentinin əmələ gəlməsidir. Onların sayının təxminən 200 min nəfər olduğu barədə məlumatlar var.

Türkiyə hökumətinin son illər kürd probleminin siyasi yolla həlli üçün yeritdiyi “çözüm sürəci” PKK terrorunu aradan qaldırmaq əvəzinə, terror təşkilatının ciddi şəkildə güclənməsinə yol açıb, şərqi və cənub-şərqi Anadoluda dövlət hakimiyyəti zəifləyib. Bu proses boyunca çoxlu sayda PKK-çı dağdan enərək şəhər və qəsəbələrdə yerləşib, uzunmüddətli mübarizə üçün silah-sursat, ərzaq ehtiyatı yaradıb və “sərhildan” (baş qaldırma, qiyam) üçün hazır vəziyyətdə gözləyib. Regionda baş verən hadisələr, Suriyanın şimalında yaranmış durum və Türkiyə dövlətinin diqqətinin tamamilə bu məsələlərə yönəlməsi də PKK-nın işinə yarayıb. Suriyanın şimalındakı kürd şəhəri Kobaniyə (Ayn əl Ərəb) İŞİD hücumu başlayarkən PKK-çı və PKK simpatizanı olan minlərlə Türkiyə vətəndaşının sərhədin o tayına keçib döyüşlərə qatılmasına da dövlət göz yumub. Nəticədə Kobanidə şəhər-küçə döyüşü metodlarını mənimsəyən türkiyəli terrorçular və onlara simpatiya bəsləyən gənclər geri dönərək bu taktikanı öz şəhər və qəsəbələrində tətbiq etməyə başlayıblar. Bu taktikanın xüsusiyyətlərindən biri odur ki, bütöv binalar, yaxud bir-birinə bitişik evlər boşaldılır və oraya yerləşən terrorçular evdən-evə, mənzildən-mənzilə böyük oyuqlar açaraq içəridə rahat manevr edir və təhlükəsizlik qüvvələri ilə effektiv döyüş apara bilirlər. Küçələrdə və yollarda isə minalar basdırılır, barrikadalar qurulur, geniş və dərin xəndəklər qazılaraq polisin, əsgərin rahat hərəkəti əngəllənir, xəndəkləri doldurmaq üçün gətirilən texnika atəşə tutulur, beləliklə, əsl cəhənnəm ortamı yaradılır.
 

Yuxarıda adları çəkilən rayon və şəhərlərdə dövlət hakimiyyəti faktiki olaraq aradan qaldırılıb və həmin yerlər terrorçuların nəzarətinə keçib. Silvan, Sur, Silopi, Cizrə, Nusaybin adları ilk baxışdan heç nə deməyə bilər, lakin əhalisi 90 minə yaxın olan Silvan istisna olmaqla, digərləri 100 mindən çox əhali sayına malik iri yaşayış məntəqələridir. Başqa önəmli detal isə bu zonanın Suriya və İraqsərhədlərinə yaxın olmasıdır. Hazırda regionda cərəyan edən hadisələr və Türkiyənin bu bölgədə proaktiv siyasət yeritdiyi nəzər alınsa, İraq-Suriya sərhəd zolağının indiki məqamda Ankara üçün strateji önəmi asanlıqla anlaşılar. Türkiyə - İraq sərhədindəki Habur gömrük-buraxılış məntəqəsi də məhz Silopidə yerləşir ki, bu sərhəd qapısı vasitəsilə qurulan əlaqələr, həyata keçirilən ticarət istər Türkiyə iqtisadiyyatı, istərsə də dövlətin regional və ümumu geosiyasi maraqları baxımından həyati əhəmiyyətə malikdir. Hazırda Habur qapısı hərbi əməliyyatlar səbəbi ilə müvəqqəti bağlanıb. 

7 iyun 2015-ci il seçkilərindən sonra hökumətin “çözüm sürəci”ni, Ərdoğanın təbiri ilə desək, buz dolabına qoyması ilə yaddaşındakı “kamalist-ulusalcı” reaksiyaları yenidən xatırlayan ətalətli dövlət mexanizmi nəhayət, hərəkətə keçərək nəzarətdən çıxan bu əhəmiyyətli zonalarda suverenliyini bərpa etməyə qərar verib. Baş nazir Əhməd Davudoğlunun da söylədiyi kimi, şəhərlər, qəsəbələr, məhəllələr küçə-küçə, ev-ev terrorçulardan təmizlənəcək. Komandanlıq təhlükəsizlik qüvvələrinin itkilərini azaltmaq üçün lazım gəldikdə, dinc əhalinin tərk etdiyi və terrorçuların mövqe tutduğu bütöv evləri və binaları tanklardan atəşə tutaraq qismən dağıtmaq əmri verməkdən də çəkinməyəcək, hansı ki, ötən həftələrdə və aylarda bəzən bu metoddan istifadə olunub. Bu sərtlik və amansızlıq ondan irəli gəlir ki, dövlətin əsas gücünün və diqqətinin xarici siyasət vəzifələrinin həyata keçirilməsinə yönəldiyi bir vaxtda terror təşkilatı arxa cəbhədə qiyam qaldıraraq dövlətin kürəyinə xəncər saplayır. Dövlətin səbri artıq tükənib.

 

Terrorçulardan təmizlənən məhəllələrdə daimi polis bölmələri yaradılaraq PKK-nın bir daha bu ərazilərə dönüşünə yol verilməyəcək. Əməliyyatlar başa çatdıqdan sonra dağıdılan evlər, iş yerləri dövlət tərəfindən bərpa edilərək öz sahiblərinə təqdim olunacaq. Lakin Türkiyə terrorla yaşamağa davam edəcək...

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Goranboyda dolu meyvəçiliyə ciddi ziyan vurub

28 May 2017 14:57

Şokolad ev şəraitində belə hazırlanır

28 May 2017 14:56

Azərbaycanda 2 nəfər çayda batdı - AXTARIŞ APARILIR

28 May 2017 14:54

İnternetin sürətinə görə dünya lideri hansı ölkədir? - SİYAHI

28 May 2017 14:53

Əli Əliyev növbəti dəfə VİP-in sədri seçilib

28 May 2017 14:42

"Heydər Əliyev deyərdi ki, "bir yerə bir mıx vura bilməyən adam, həmişə yekə-yekə danışır"

28 May 2017 14:39

Yaxşı maaş almaq istəyirsinizsə, bu şəhərlərə köçün - SİYAHI

28 May 2017 14:37

Kommünike: Böyük yeddilik dövlətlərin ərazi bütövlüyünə riayət olunmasının tərəfdarıdır

28 May 2017 14:36

Mətanətin nəvəsi Səyyad Əlizadənin klipində - FOTO

28 May 2017 14:32

Bu hadisələrin sirri uzun illərdir açılmayıb

28 May 2017 14:32

İraqda silsilə terror aktları törədilib: ölənlər və yaralananlar var

28 May 2017 14:27

Portuqaliyada bu qapıçının şərəfinə heykəl ucaldıldı - FOTO

28 May 2017 14:22

Əfqanıstanda mikroavtobus dərəyə yuvarlandı

28 May 2017 14:19

Ərəb şeyxləri üçün özəl hazırlanmış inanılmaz avtomobillər -FOTOLAR

28 May 2017 14:18

Reynaldo üçün azərbaycanlı baş məşqçi

28 May 2017 14:17

İki sərnişin göydə mübahisə etdi - Təyyarə təcili endirildi

28 May 2017 14:12

"KaMAZ"la "ZİL" toqquşdu - Yaralananlar var

28 May 2017 14:12

PKK-ya daha bir zərbə: 13 terrorçu öldürüldü

28 May 2017 14:08

Futbol tarixinin ən bahalı 10 transferi - SİYAHI

28 May 2017 14:07

19 dinc sakin öldürüldü

28 May 2017 14:06

Bakıda ziyarətgahdan telefon oğurluğunun GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

28 May 2017 14:05

Rusiyadan Türkiyə uçan təyyarə təcili eniş edib

28 May 2017 14:01

Dünyanın ən maraqlı və bahalı 10 velosipedi - FOTOLAR

28 May 2017 13:58

"Kadiz" qol yağışından xalla çıxdı

28 May 2017 13:47

Bakıda ziyarətgahdan telefon oğurluğu görüntüləri yayıldı

28 May 2017 13:45

Çikaqoda Respublika Günü qeyd olundu

28 May 2017 13:43

"Zirə" klubu fransalı legioneri ilə yollarını ayırıb

28 May 2017 13:42

İraqda terrorçu-kamikadze özünü partlatdı

28 May 2017 13:38

Nağıyev yenilgi gördü

28 May 2017 13:37

İraqda terrorçu-kamikadze özünü partladıb: 4 ölü

28 May 2017 13:36

Məlahət özünü niyə asdı? - SƏBƏB

28 May 2017 13:32

"Neftçi"də yeni idman direktoru - ÖZƏL

28 May 2017 13:27

Şri-Lankada daşqınlar 146 nəfərin həyatına son qoyub

28 May 2017 13:27

Paşayev bu tur nə etdi?

28 May 2017 13:27

"Barselona"dan şok təklif: Onu verin, Neymarı alın

28 May 2017 13:27

Azərbaycan məktəbində “Son zəng” faciəsi

28 May 2017 13:19

64 il xəbərsiz qaldığımız tarixi məqalə – Rəsulzadə bütün Qafqazı birləşdirmək istəyirdi?

28 May 2017 13:13

Azərbaycanlı məşqçi Türkiyənin məşhur klubunda

28 May 2017 13:12

Şri-Lankada daşqınlar: 146 ölü

28 May 2017 13:08

Azərbaycanlı milyarderdən modelə 500 minlik təklif

28 May 2017 13:06

Ərzaq daşıyan yük maşını "Mercedes"lə toqquşdu: 3 nəfər yaralandı

28 May 2017 13:05

Sabah hava necə olacaq?

28 May 2017 13:03

Tarixin ən bahalı transferi olacaq futbolçu

28 May 2017 12:57

Ramil Şeydayev mövsümün son oyununda 2 qol vurdu

28 May 2017 12:57

Rus qızların şıdırğı Azərbaycan rəqsi

28 May 2017 12:54

İranın 2 sərhədçi öldürüldü

28 May 2017 12:52

Qəhvənin insan orqanizminə İNANILMAZ TƏSİRİ

28 May 2017 12:48

Tərtərdə yük avtomobilləri toqquşub: xəsarət alanlar var

28 May 2017 12:42

Qəhrəman jurnalistlərimiz

28 May 2017 12:42

Bakıda 35 yaşlı kişi özünü zəhərlədi

28 May 2017 12:37