Azərbaycanın şəhər və rayonlarında 150 subartezian quyusunun qazılması məqsədilə 12 milyon manat ayrılıb

Azərbaycanın şəhər və rayonlarında 150 subartezian quyusunun qazılması məqsədilə 12 milyon manat ayrılıb
18:23 16 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 milyon manat ayrılıb.
Gələn il qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı Sərəncama əlavə olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_seher_ve_rayonlarinda_150_subartezian_quyusunun_qazilmasi_meqsedile_12_milyon_manat_ayrilib-911817

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR