Moskva-Bakı əməkdaşlığı çərçivəsində bayram tədbirləri davam edir

Moskva-Bakı əməkdaşlığı çərçivəsində bayram tədbirləri davam edir
18:28 16 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Bu gün Moskva-Bakı Beynəlxalq Əməkdaşlıq Günləri başlanıb.
AZƏRTAC xəbər verir ki, bu tədbir Azərbaycanın Rus İcması və Moskva şəhəri Hökumətinin Xarici iqtisadi və beynəlxalq əlaqələr departamenti tərəfindən birgə təşkil edilib.
Tədbir çərçivəsində Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Moskva şəhərinin Yeni İl ərəfəsində təqdimatı və rus yazıçısı Sergey Belarusets ilə görüş keçirilib.
Bu münasibətlə təşkil edilmiş Moskva yarmarkasında rusiyalı qənnadı ustaları qonaqlara krendel, pryanik və çay təklif ediblər.
Uşaqların sevimlisi Qar Qız onlardan moskvalı Şaxta Babaya ünvanlanmış məktubları qəbul edib.
Tədbirə gələnlərə Moskva şəhərinə və Moskva metropoliteninə aid soraq bukletləri, “bələdçi” kitabçalar və suvenirlər paylanıb.
Yazıçı Sergey Belarusets avtoqraflı kitablarını hədiyyə edib.
Bu axşam Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Qolos” televiziya müsabiqəsinin qalibi Sergey Volçkovun konserti olacaq.
Konsertdə istedadlı bədii söz ustaları da çıxış edəcək, rusiyalı dizaynerlərin defilesi keçiriləcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Moskva_Baki_emekdasligi_cherchivesinde_bayram_tedbirleri_davam_edir-911824

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR