Daha iki idmançımız dopinqdə "ilişdi"

Daha iki idmançımız dopinqdə "ilişdi"
18:32 16 Dekabr 2015
28 İdman
Ölkə mətbuatı
A- A+

Ağırlıqqaldırma üzrə Azərbaycan milli növbəti dopinq qalmaqalı ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Silviya Angelovanın ardınca daha 2 idmançımız dopinq-testdə "ilişib".

Belə ki, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 62 kq çəki dərəcəsində bürünc medal qazanan Valentin Xristov növbəti dəfə təhlükə ilə üz-üzə qalib. 2 illik diskvalifikasiya müddəti ilin əvvəlində başa çatan Bolqarıstan əsilli Olimpiya mükafatçımızdan götürülən A nümunəsi müsbət nəticələnib. Bu səbəbdən o, B nümunəsi vermək məcburiyyətində qalıb. Əgər ikinci analiz də müsbət nəticələnərsə, idmançımız podiumdan ömürlük uzaqlaşdırılacaq.
 
Həmçinin mundialda 6-cı pilləni tutan Elxan Əliquluzadə də dopinqə düşüb. 77 kq çəki dərəcəsində ölkəmizi təmsil edən atletin istifadəsi qadağan olunan preparatdan yararlanması rəsmiləşərsə, o da karyerasını başa vurmaq məcburiyyətində qalacaq.
 
Qeyd edək ki, bu, kişilərdən ibarət yığmamızın komanda hesabında tutduğu yerə də təsir edəcək. Çünki millimizin 2 dünya çempionatının nəticəsinə əsasən 16-cı pilləni tutaraq, Rioya 4 lisenziyanı təmin etməsində Xristovla Əliquluzadənin də böyük rolu olub. Onlar müvafiq olaraq, komandamızın aktivinə 23 və 20 xal əlavə ediblər. Əgər B probu müsbət nəticə verərsə, bu xallar yığmamızın hesabından silinəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390807.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR