Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

3 kənd qazsız qalacaq

3 kənd qazsız qalacaq

Date: 16 December 2015 18:42

Qazax magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq.

Milli.Az SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 17-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Qazax magistral qaz kəmərləri sahəsinin ''Gəncə Körpü Tikinti-2'' qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir işləri aparılan müddətdə Göy-Göl rayonunun Qırxılı, Cümşüdlü və Balçılı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Milli.Az


Tags:  kənd qazsız qalacaq


RƏYLƏR


Top news