Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

"Qarabağ" Azərbaycan Premyer Liqasındakı ardıcıl ikinci matçında qalib gələ bilməyib

AFFA klubları cəzalandırdı (24 Mart 2017 14:12)
"Qarabağ"ın 462 günlük seriyası qırıldı (22 Mart 2017 22:38)
"Qarabağ"ın 462 günlük seriyası qırıldı (22 Mart 2017 19:07)

Tarix: 16 Dekabr 2015 18:42

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda keçirilmiş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Qonaqlar 7-ci dəqiqədə Amil Yunanov, 53-cü dəqiqədə isə Mikayıl Rəhimovun qolları ilə hesabda önə keçiblər - 2:0. Lakin 57-ci dəqiqədə Riçard Almeyda penalti ilə fərqi azaldıb, 57-ci dəqiqədə isə Dani bərabərlik qolunu vurub.
"Qarabağ" qələbə topuna da imza atmaq istərkən, azlıqda qalıb. 90+1-ci dəqiqədə Raydell Pupon ikinci sarı vərəqənin ardından meydanı tərk etməli olub. Beləliklə, "Qarabağ" ilk dövrədə 0:1 hesabı ilə uduzduğu "Sumqayıt"a yenə qalib gələ bilməyib. Ardıcıl 2 oyunda xal itkisinə rəğmən, "Qarabağ" 37 xalla turnir cədvəlinə başçılıq edir. Xallarını 17-yə çatdıran "Sumqayıt" isə 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, turun ilk matçında "İnter" səfərdə "Rəvan"ı yenib. Hazırda davam edən matçda "Qəbələ" səfərdə "Zirə"ni yenə bilsə, "Qarabağ"la xal fərqini 7-yə endirəcək. Tura dekabrın 17-də keçiriləcək "Xəzər Lənkəran" - "Kəpəz" və "Neftçi" - AZAL matçları ilə yekun vurulacaq.  

Teqlər:  Qarabağ Azərbaycan Premyer Liqasındakı ardıcıl ikinci matçında qalib gələ bilməyib



RƏYLƏR


Top xəbərlər