Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Xantı-Mansiyskdə boks üzrə Dünya Kuboku yarışları keçiriləcək

Xantı-Mansiyskdə boks üzrə Dünya Kuboku yarışları keçiriləcək

Date: 16 December 2015 18:53


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 17-dən 20-dək Xantı-Mansiyskdə neft hasil edən ölkələr arasında boks üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Yarışlarda dünyanın 20 ölkəsini, o cümlədən Azərbaycan, Finlandiya, Almaniya, İsveç, Bolqarıstan, Rumıniya, Moldova, Litva, Çin, Monqolustan, Qazaxıstan və başqa dövlətləri təmsil edən 145 boksçu mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, dekabrın 16-da Dünya Kubokunun iştirakçıları, o cümlədən Azərbaycan boksçuları turnirin keçiriləcəyi məkana gəliblər.
Qeyd edək ki, neft hasil edən ölkələr arasında boks üzrə budəfəki Dünya Kuboku yarışları Sosialist Əməyi Qəhrəmanı, Sibir neftini kəşf etmiş azərbaycanlı Fərman Salmanovun xatirəsinə həsr edilib.

Tags:  Xantı-Mansiyskdə boks üzrə Dünya Kuboku yarışları keçiriləcək


RƏYLƏR


Top news