Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanlı müğənnini hədəf seçdilər

Azərbaycanlı müğənnini hədəf seçdilər

Date: 16 December 2015 18:54

Bu gün “Space” telekanalında aparıcı Xəyalə Quliyevanın təqdimatında yayımlanan “Gülə -gülə” verilişində maraqlı anlar yaşanacaq. Lent.az-ın məlumatına görə, hər həftənin 3-cü günü, saat 21:35-də yayımlanan proqram zamanı tanınmışlara məzəli suallar verilir. Proqramın budəfəki qonaq müğənni Sevda Əliqızıdır.

 

Onu da əlavə edək ki, layihədə sadə vətəndaşlarla məzəli zarafatlar edilir. Bütün yaşananlar gizli kameralarla lentə alınır. 

 

Xatırladaq ki, verilişin ideya müəllifi və aparıcısı Xəyalə Quliyeva, rejissoru, layihə rəhbəri Ramiz Alışovdur. Verilişin təkrarı cümə günü saat 16:00-da yayımlanacaq.

 

Verilişin informasiya tərəfdaşı Lent.az-dır.

 


Tags:  Azərbaycanlı müğənnini hədəf seçdilər

RƏYLƏR


Top news