Azərbaycan şahmatçısı “2015 Australian Masters” turnirində iştirak edir

Azərbaycan şahmatçısı “2015 Australian Masters” turnirində iştirak edir
18:58 16 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Melburnda “2015 Australian Masters” turniri start götürüb. Turnirdə 10 şahmatçısı, o cümlədən Azərbaycan təmsilçısi Kənan İzzət iştirak edir.
AZƏRTAC xəbər verir ki, beş turdan sonra 4,5 xal toplayan yerli şahmatçı Maks İllinqvort irəlidədir. Beynəlxalq usta Kənan İzzət liderdən yarım xal, Ceyms Morris (Avstraliya) bir xal geri qalırlar.
Turnirdə Rusiya, Yeni Zelandiya və Latviya şahmatçıları iştirak edirlər.
K.İzzət növbəti turda Avstraliya qrossmeysteri Darril Yohansen ilə görüşəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_sahmatchisi_2015_Australian_Masters_turnirinde_istirak_edir-911842

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR