Azərbaycanda daha bir kəndə təbii qaz verilişi bərpa edilib

Azərbaycanda daha bir kəndə təbii qaz verilişi bərpa edilib
19:07 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ucar rayonunun Alpout kəndinə təbii qazın verilişi bərpa edilib.
"Report" SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 700 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 48 950 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/azerbaycanda-daha-bir-kende-tebii-qaz-verilisi-berpa-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR