Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanın ən bahalı malikanəsi satıldı

Dünyanın ən bahalı malikanəsi satıldı

Date: 16 December 2015 19:11

Dünya daşınmaz əmlak bazarında yeni rekord müəyyən olunub.

Axşam.az modern.az-a istinadən xəbər verir ki, Yaxın Şərqdən olan adı açıqlanmayan şəxs Fransada 275 milyon avroya (301 milyon dollar) malikanə alıb. 23 hektarlıq torpaq sahəsinin mərkəzində yerləşən “Chateau Lois XIV” qəsri Parisin mərkəzindən 4 saatlıq məsafədə yerləşir.

Qəsr Versal və Marli-Re-Rua şəhərləri arasında yerləşir. Sarayın sahəsi 1000 kvadart metrdən ibarətdir. Burada kral dövründən qalma mərmər sütunlar, freskalar və rəsm əsərləri yerləşib.

Bundan başqa, “Chateau Lois XIV” çaxır anbarına, kinoteatra və hovuza malikdir. Qəsrin çevrəsində gül bağçası, heykəllərlə zəngin fəvvarə və at sürmək üçün sahə var. Son vaxtlara qədərə ən bahalı malikanə Kaliforniyada mediamaqnat Uilyam Herstə məxsus olmuş və 2007-ci ildə 165 milyon dollara satılmış malikanə olub.

Tags:  Dünyanın bahalı malikanəsi satıldı

RƏYLƏR


Top news