Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Azərbaycan Respublikası müdafiə nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb

Azərbaycan Respublikası müdafiə nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb

Date: 16 December 2015 19:13


Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbula yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, üçtərəfli formatda keçiriləcək növbəti görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişi nəzərdən keçiriləcək. Həmçinin regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər, o cümlədən qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Tags:  Azərbaycan Respublikası müdafiə nazirinin Türkiyəyə rəsmi səfəri başlayıb


RƏYLƏR


Top news