“Soyuq əllər, isti ürəklər” aksiyası davam edir

“Soyuq əllər, isti ürəklər” aksiyası davam edir
19:18 16 Dekabr 2015
99 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 16-da Fəvvarələr meydanında "Soyuq əllər, isti ürəklər" adlı xeyriyyə yarmarkasında Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin kitablarının “imza günü” keçirilib.
R.Məcid AZƏRTAC-a müsahibəsində bildirib ki, tədbirdə “Bir də gəlməyəcək”, “Çığıracam” və “Roman” kitablarını marağı olan gənclərə hədiyyə edib. Aksiyada şəhər sakinləri, əsasən gənclər iştirak edib.
Fəvvarələr meydanındakı "Soyuq əllər, İsti ürəklər" adlı xeyriyyə yarmarkası 2016-cı il yanvarın 4-dək davam edəcək.
Bu yarmarka artıq üçüncü ildir ki, “Nargis Fund”un rəhbərliyi ilə keçirilir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Soyuq_eller_isti_urekler_aksiyasi_davam_edir-911852

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR