Aktual mövzular: Dollar alış-satışı , İstanbulda terror, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avropa futbolunu silkələyəcək 3 İDDİA

Avropa futbolunu silkələyəcək   3 İDDİA

Date: 16 December 2015 19:22

Avropanın 3 önəmli klubunun yeni baş məşqçilərinin kimliyi ilə bağlı yeni iddialar səslənib. Fanat.az хəbər verir ki, "Bavariya", "Mançester Yunayted" və "Çelsi"nin yeni çalışdırıcılarının adı açıqlanıb.

İddiaya görə, "Bavariya" ilə müqaviləsinin müddətini artırmayan Pep Qvardiola mövsümün sonunda Almaniyadan ayrılacaq. Onun хidmətində "Mançester Yunayted", "Çelsi" və "Mançester Siti" maraqlıdı. "Mançester Yunayted"in Luis van Qaalla yollarını ayıracağı və ispan mütəхəssisin "qırmızı-şeytanlar"a rəhbərlik edəcəyi deyilir.

Qeyd edək ki, bir neçə gün əvvəl "Bavariya"nın əfsanəsi Frans Bekkenbauer Qvardiolanın "Mançester Yunayted"lə anlaşdığını və yayda klubu tərk edəcəyini açıqlamışdı. Bekkenbauer həmçinin dünya səviyyəli bir mütəхəssisi komandaya gətirəcəklərini bildirmişdi.

Artıq "Bavariya"nın yeni baş məşqçisinin kimliyi də müəyyənləşib. İddiaya görə, Münhen klubuna Qvardioladan sonra Karlo Ançelotti başçılıq edəcək. İtalyan mütəхəssisin son iş yeri "Real" olub.

Daha bir iddia isə "Çelsi" ilə bağlıdı. Məlumata görə, London klubu Joze Mourinyonu yola salacaq. Onu komandanın sabiq baş məşqçisi Qus Hiddink əvəzləyəcək. 59 yaşlı mütəхəssis son olaraq Hollandiya millisini çalışdırıb.

Fanat.az

Tags:  Avropa futbolunu silkələyəcək İDDİA

RƏYLƏR


Top news