YAY Qalereyasında “Mənim adım Saradır...” adlı yeni layihə təqdim olunacaq

YAY Qalereyasında “Mənim adım Saradır...” adlı yeni layihə təqdim olunacaq
19:33 16 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
YAY Qalereyası rəssam Vüsal Rəhimin “Mənim adım Saradır...” (“My name is Sarah...”) adlı yeni layihəsini təqdim edəcək.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, layihəyə qatılmaq istəyən hər kəs “My name is Sarah...” sözləri ilə başlayan məktubda öz həyat hekayəsini yaza və anonim şəkildə göndərə bilər. Bütün göndərilmiş məktublar rəssam tərəfindən şəxsən oxunacaq. “My name is Sarah...” rəssam tərəfindən danışılan bir insanın həyat hekayəsidir. Layihədə “Sarah” şərti ad, ümumiləşdirilmiş obrazdır ki, onun vasitəsilə hər bir insan öz həyat hekayəsini danışa bilər. Layihəyə dekabrın 25-də yekun vurulacaq.
“Qadın” mövzusu rəssam Vüsal Rəhimin yaradıcılığının ilk dövrlərin əhatə edən əsərlərinin əsas mövzularından biridir. Rəngkarlıq və qrafika əsərlərində araşdırılan qadının daxili mənəvi və psixoloji, o cümlədən, məişət problemləri daha sonra rəssamın instalyasiyalarında inkişafını tapır. Vüsal Rəhimin “My name is Sarah...” layihəsinin məntiqi tamamlaması qismində insanlar tərəfindən yazılan məktublar çıxış edir. Bu, insanların yaşadığı şəhər, region, kənd və qəsəbədən asılı olmayaraq rəssamın birbaşa özünə ünvanlayacağı məktublardır.
Rəssam Vüsal Rəhim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təsviri sənət üzrə təhsil alıb. Əsərləri YAY Qalereyası tərəfindən təmsil edilir, Azərbaycanda və bir sıra xarici ölkələrdə sərgilənir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/YAY_Qalereyasinda_Menim_adim_Saradir_adli_yeni_layihe_teqdim_olunacaq-911863

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR