“Bavariya” klubuna Karlo Ançelotti başçılıq edəcək

“Bavariya” klubuna Karlo Ançelotti başçılıq edəcək
19:33 16 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
“Bavariya”nın baş məşqçisi Xosep Qvardiola müqaviləsi bitdikdən sonra klubu tərk etmək barədə yekun qərar qəbul edib. İspaniyalı mütəxəssis artıq bununla bağlı Münhen klubunun rəhbərlərini məlumatlandırıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, “Barselona” klubunun keçmiş baş məşqçisinin “Bavariya” ilə müqaviləsi hazırkı mövsümün sonunda bitir. Qvardiola mövsümü bitirdikdən sonra çox güman ki, “Mançester Siti” klubuna keçəcək. Onu, həmçinin “Mançester Yunayted” klubu da öz sıralarında görmək istəyir.
Xosep Qvardiolanın əvəzinə isə “Bavariya” klubuna yeni mövsümdə Karlo Ançelotti başçılıq edəcək.
Xatırladaq ki, Ançelottinin baş məşqçi işlədiyi son klub keçən mövsümün sonunda istefaya getdiyi Madrid “Real”ı olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bavariya_klubuna_Karlo_Anchelotti_baschiliq_edecek-911861

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR