Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qurban Qurbanov xal itkisini əvvəlcədən bilirmiş

Qurban Qurbanov xal itkisini əvvəlcədən bilirmiş

Date: 16 December 2015 19:37

Qurban Qurbanov "Sumqayıt"la oyunla (2:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi bunları deyib:

"Düşünürəm ki, çox çətin, ağır bir oyun oldu. Öz oyun üslubu ilə fərqlənən komandaya qarşı çıxış etdik. Son vaxtlar nə biz bu qədər qol epizodu yaratmışdıq, nə də rəqib bu qədər qol epizoduna imkan vermişdi. Bəlkə də oyunun ədalətli nəticəsi bərabərlik idi. Futbolçudan istədiyini ala bilməyəndə onun üzərinə getmək əvəzinə soyuqqanlılıq lazım olur. Çünki futbolçular çox yükləniblər. Mən əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər. Yaxşı komanda ilə oyunda xal itirdik. Mən rəqib komandaya və baş məşqçi Samir Abbasova uğurlar arzu edirəm”.

Fanat.az

Tags:  Qurban Qurbanov xal itkisini əvvəlcədən bilirmiş

RƏYLƏR


Top news