Lerik, 16 dekabr, Bağır Əliyev, AZƏRTAC
Sərt iqlim şəraitinə malik, dağlıq ərazidə yerləşən Lerik rayonunda payızlıq taxıl əkini bir qədər yubansa da, həyata keçirilən aqrotexniki tədbirlər nəticəsində artıq əkin keçirilən sahələrdə cücərtilər var.
AZƏRTAC xəbər verir ki, ötən il rayonda 1190 hektar sahədə taxıl əkilmişdisə, bu il bu rəqəm 2200 hektara çatdırılıb.
Taxılçılıqla məşğul olan fermerlər bildirirlər ki, Lerik rayonu dağlıq ərazidə yerləşdiyindən yağan yağışlar demək olar sahələrdə qalmır. Bu isə izafi suların əmələ gəlməsinin qarşısını alır.
Təsərrüfat sahibləri əkin zamanı daha çox yerli taxıl növlərinə üstünlük veriblər.