Dünya şöhrətli ulduz müsəlmanlara dayaq çıxdı (FOTO)

Dünya şöhrətli ulduz müsəlmanlara dayaq çıxdı (FOTO)
19:41 16 Dekabr 2015
31 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor Uil Smit Donald Trampın qalmaqallı çıxışından sonra prezident olmaq istəyir.

ANS PRESS-in məlumatına görə, məşhur müğənni Lindsi Lohan və reper Kanye Uestdən sonra Hollivud aktyoru Uil Smit də gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində iştirak etmək fikrindədir.

Bu barədə aktyor televiziya kanallarından birinə müsahibə verərəkən danışıb. Aktyor bildirib ki, siyasətə qarışmağın səbəbi Donald Trampın müsəlmanlara qarşı qərəzli çıxışı olub. Onun sözlərinə görə, Donald Trampın çıxışı onu məyus edərək şoka salıb.


Lindsi Lohan - aktrisa və müğənni

“Səbəb çox sadədir. Biz onların niyyətləri nədir, bilmirik. Əgər insanlar ağılsızca çıxış etmələri davam etsə, hansı ki, mən son zamanlar xəbərlərdə görürəm, söz verirəm ki, mən siyasət ilə məşğul olacam”.

Aktyor siyasətdə hansı vəzifədə olmağını birmənalı olaraq açıqladı: “Mən prezident olacam. Yaxşı görək! Siz elə bilirdiniz mən aşağı yerə razılıq verəcəm?“

Bir müddət əvvəl ABŞ-da Respublikaçılar paritiyasından prezidentliyə namizəd olan milyarder Donald Tramp müsəlmanlara qarşı bəyanatı ilə gündəmə gəlib. O hesab edir ki, müsəlmanların ABŞ-a girişinə məhdudiyyətlər qoyulmalıdır.


ABŞ-ın prezidentliyə namizədi Donald Tramp

"Ayıq olmalıyıq. ABŞ hökumət nümayəndələrinin nə baş verdiyini anlayana qədər müsəlmanlar ölkəyə buraxılmamalıdır. Müsəlmanların çoxu amerikalılardan nifrət edirlər", - deyə siyasətçi bildirib.

Bununla o ötən həftə Kaliforniyanın San-Bernardino ştatında 14 nəfərin ölümü ilə nəticələnən insidenti şərh edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=367443

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR