“Məhəmməd bəy Kavaler” kitabının təqdimatı olacaq

“Məhəmməd bəy Kavaler” kitabının təqdimatı olacaq
19:43 16 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Zərəngiz Mansurova, AZƏRTAC
Dekabrın 19-da Kitabevim.az kitab marketində Məhbubə Hacıyevanın “Məhəmməd bəy Kavaler” kitabının təqdimatı keçiriləcək.
Kitabevim.az kitab marketindən AZƏRTAC-a bildirilib ki, kitabda XIX yüzilliyin ikinci yarısında Qarabağda, eləcə də Şuşada baş verən hadisələrdən, ermənilərin və rus imperiyasının işğalçılıq siyasətindən bəhs edilir.
Əsərdə Xan qızı Xurşidbanu Natəvan, Qaçaq Nəbi kimi tarixi şəxsiyyətlər haqqında da məlumatlar verilir. Romanın baş qəhrəmanı igid, qorxmaz Qaçaq Məhəmməd bəy Kavalerdir. O, xalqının və yurdunun müdafiəsinə qalxır, lakin xəyanətin qurbanı olaraq öldürülür.
Kitabın təqdimatında ədəbiyyat, incəsənət, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edəcək.
Sonda müəllif öz imzası ilə kitabı oxuculara təqdim edəcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Mehemmed_bey_Kavaler_kitabinin_teqdimati_olacaq-911871

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR