Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Lənkəranın qızlardan ibarət futbol komandası ölkə çempionatında beşinci qələbəsini qazanıb

Lənkəranın qızlardan ibarət futbol komandası ölkə çempionatında beşinci qələbəsini qazanıb

Millimiz Rusiyada qələbə qazandı (24 Mart 2017 14:07)
Şeydayev oynadı, komandası 3 xala sevindi (18 Mart 2017 22:07)
"Kəpəz"in "qolu bükülmür" - VİDEO (18 Mart 2017 20:07)

Tarix: 16 Dekabr 2015 19:43


Lənkəran, 16 dekabr, Bağır Əliyev, AZƏRTAC
On üç yaşadək qızlar arasında futbol üzrə Azərbaycan çempionatında lənkəranlı qızlar beşinci qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, ölkə çempionatının birinci dövrəsinin sonuncu - doqquzuncu turunda Lənkəran Uşaq Gənclər İdman Məktəbinin yetirmələri “İnter”lə qarşılaşıb.
Ardıcıl üç məğlubiyyət acısı yaşayan cənublu futbolçular rəqibini 2:1 hesabı ilə məğlub edib.
Bununla da xallarının sayını 15-ə çatdıran Xalid Ağayevin yetirmələri beşinci pillədəki mövqeyini qoruyub saxlayıb.
On üç yaşadək qızlar arasında futbol üzrə Azərbaycan çempionatının birinci dövrəsində lənkəranlı qızlar keçirdikləri 9 oyundan 5-də qələbə qazanıb, rəqib komandaların qapısından 31 top keçirdiyi halda, öz qapısından 12 top buraxıblar.

Teqlər:  Lənkəranın qızlardan ibarət futbol komandası ölkə çempionatında beşinci qələbəsini qazanıb



RƏYLƏR


Top xəbərlər