Dövlət Sərhəd Xidməti ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlıq uğurla davam etdiriləcək

Dövlət Sərhəd Xidməti ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlıq uğurla davam etdiriləcək
19:43 16 Dekabr 2015
17 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev dekabrın 16-da Xidmətin Aparatında diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi Antonius Broek ilə görüşüb.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, görüşdə BMT-nin müvafiq qurumları ilə DSX arasında uzun müddət ərzində həyata keçirilən əməkdaşlığa nəzər salınıb. BMT İnkişaf Proqramı tərəfindən 2010-2012-ci illərdə inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində bir layihənin icrasının yekunlaşdırılması, 2014-cü ildən etibarən isə digər layihənin uğurla davam etdirilməsi vurğulanıb. Birgə əməkdaşlıq çərçivəsində Dövlət Sərhəd Xidmətinin texniki, təlim-tədris imkanlarının təkmilləşdirilməsində görülən işlərin əhəmiyyəti xüsusi qeyd olunub.
Dövlət Sərhəd Xidmətinin rəisi Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsinin bu günədək işğal altında qalmasını, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından didərgin düşməsini qeyd edib. E.Quliyev işğal altındakı ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyini, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu vurğulayıb.
Söhbət zamanı dünyada və regionda baş verən hadisələrin sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Dövlət Sərhəd Xidməti və BMT-nin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə ümidvar olduqlarını bildiriblər.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Serhed_Xidmeti_ile_BMT_nin_muvafiq_qurumlari_arasinda_emekdasliq_ugurla_davam_etdirilecek-911869

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR