Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tanış olun: Gələcək dünya ulduzu (FOTO, VİDEO)

Tanış olun:  Gələcək dünya ulduzu (FOTO, VİDEO)

Date: 16 December 2015 19:56

ABŞ-ın məşhur “O Səs” müsabiqəsinin qalibi bəlli olub.

ANS PRESS-in məlumatına görə, dünyanın ən məşhur müsabiqələrindən biri hesab olunan “O Səs”in ABŞ versiyasının qalibi 22 yaşlı Cordan Smit olub.

Gənc ifaçı finalda “Climb Every Mountain” mahnısı ifa edib. Möhtəşəm performansı ilə çıxış edən Smit bütün rəqiblərini üstəliyərək çempion olub.


Cordan Smitin -“Climb Every Mountain”

Müsabiqənin qalibinin müəllimi Maroon 5 qrupunun solisti Adam Livayn şagirdi ilə fəxr etdiyini bildirib.


Adam Livayn və Cordan Smit

Müsabiqədə ikinci və üçüncü yeri Bleyk Şeltonun şagirdləri Emili En və Barret Beyber olub. Qven Stefanin tələbəsi Ceffri Ostin isə 4-cü yerdə qərarlaşıb.

Istedadlı müğənni Cordan Smit karyerasının ilk addımlarında ifası ilə hamını heyran edib. O, "İTunes"un reytinqində ulduz müğənni Adeli geridə qoyub. Onun “Great Is Thy Faithfulness” mahnısı isə “The Billboard Hot 100” çartında 30-cu yerə çıxıb.

"The Voice" yarışması ilk dəfə Niderlandda yaranıb və 2010-cu ildə isə "The Voice" yarışması sonra bütün dünyaya yayılaraq məşhurlaşıb.

Dünyanın 50 ölkəsindən çoxunda reytinqlərdə birinci yerdə qərarlaşaraq özünə əməll-başlı pərəstişkar ordusu yığıb. Bu yarışmanın Azərbaycan tamaşaçısı tərəfindən geniş kütlə ilə yayılan Türkiyədə (O ses Turkiye) və Rusiyada ("Голос") yarışması özünə geniş kütlədə tamaşaçı yığıb.

Tags:  Tanış olun Gələcək dünya ulduzu FOTO VİDEO

RƏYLƏR


Top news