Dünyanın ən bahalı sarayı

Dünyanın ən bahalı sarayı
19:58 16 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Fransanın paytaxtı Parisdəki şəhərkənarı bağ evi qiymətinə görə dünya rekordunu yeniləyib.
AZƏRTAC Böyük Britaniyanın bloomberg.com saytına istinadla xəbər verir ki, sarayin dəyəri 275 milyon avrodur (301 milyon ABŞ dolları). XIV Lüdovikə məxsus dəbdəbəli mülkün Orta Şərqdən olan alıcısı barədə bütün məlumatlar gizli saxlanılır.
Saray 23 hektarlıq ərazidə tikilib. Üç ilə yaxındır ki, bərpa işləri aparılan sarayda nəhəng akvarium, kinoteatr və şərab anbarı, həyətində isə qızıl yarpaqlarla örtülmüş fəvvarə var.
Xatırladaq ki, sonuncu rekord 2011-ci ildə Londonda 221 milyon ABŞ dollarına satılan “Penthaus”a məxsus idi.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunyanin_en_bahali_sarayi-911879

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR